Bank Of Baku

Azərbaycanın daha 3 rayonunda rəqəmli televiziya yayımının tətbiqinə başlanılıb

Azərbaycanın daha 3 rayonunda rəqəmli televiziya yayımının tətbiqinə başlanılıb
# 24 oktyabr 2011 14:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın daha 3 rayonunda rəqəmli televiziya yayımının tətbiqinə başlanılıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, artıq Qazax, Ağstafa, Tovuz və Gürcüstanla həmsərhəd olan ərazilərdə 10 proqramdan ibarət rəqəmli TV-yayım təmin edilib.

Qeyd edək ki, hazırda rəqəmsal TV-yayımı Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan, Lerik, Ağsu şəhər və rayonlarında, o cümlədən ətraf rayonları da əhatə edir.

Qeyd edək ki, Azərbaycan ərazisində analoq efir yayımından rəqəmsal televiziya yayımına keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə 2004-cü ildən başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR