Bank Of Baku

Bu il Azərbaycanda 153 mln. ton yük və 937 mln. nəfər sərnişin daşınıb

Bu il Azərbaycanda 153 mln. ton yük və 937 mln. nəfər sərnişin daşınıb
# 25 oktyabr 2011 06:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda 152,6 mln. ton yük, 938,6 mln. nəfər sərnişin daşınıb. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində keçirilən müşavirədə nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nazirin sözlərinə görə, yüklərin 16,4 mln. tonu dəmir yolu, 9,3 mln. tonu su, 36 min tonu hava, 81,6 mln. tonu avtomobil nəqliyyatı ilə daşınıb, 45,3 mln. tonu isə boru kəmərləri vasitəsilə nəql edilib. Bu dövrdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 9 mln. ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilib.

Nazirin sözlərinə görə, ümumilikdə, 2003-2011-ci illər ərzində nəqliyyat sektorunda 1,4 mlrd. ton yük, 10,1 mlrd. sərnişin daşınıb. Bu dövr ərzində Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 415,1 mln. tona, o cümlədən tranzit yüklərin həcmi 125,5 mln. tona bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR