Bank Of Baku

Yeni liman Bakı-Ələt yolu ilə birləşdiriləcək

Yeni liman Bakı-Ələt yolu ilə birləşdiriləcək
# 25 oktyabr 2011 08:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Azərbaycan Nəqliyyat Nazirliyi Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Bakı-Ələt avtomobil yolunu birləşdirən yeni yolun tikintisinə hazırlaşır. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində keçirilən müşavirədə nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi çərçivəsində ərazinin tikintiyə hazırlanması və Bakı-Ələt avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi işlərinə başlanılıb. Hazırda liman akvatoriyasında Hollandiyanın «Van Oord» şirkəti tərəfindən dibin dərinləşdirilməsi işləri aparılır. Yaxın günlərdə liman ərazisinin quru hissəsində tikinti və avadanlıqların təchizatı işlərini aparacaq podratçının müəyyən edilməsi məqsədilə tender keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR