Bank Of Baku

Bu ilin ilk 9 ayında Azərbaycanda 468 km yol təmir edilib

Bu ilin ilk 9 ayında Azərbaycanda 468 km yol təmir edilib
# 25 oktyabr 2011 10:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Bu ilin 9 ayı ərzində avtomobil yollarının saxlanmasına ayrılmış vəsait də daxil olmaqla, ümumilikdə 959,2 mln. manatlıq iş yerinə yetirilib. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində keçirilən müşavirədə nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə 467,6 km, o cümlədən 160,4 km respublika əhəmiyyətli, 307,2 km yerli əhəmiyyətli və Bakı şəhərində 46,3 km yol təmir olunub.

Nazir bildirib ki, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”na uyğun olaraq Heydər Əliyev Hava Limanı-Mərdəkan-Bilgəh-Novxanı-M1-M2 magistralına çıxış avtomobil yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulma layihəsinin icrası davam etdirilib. Heydər Əliyev Beynəlxalq Aeroportu-Bilgəh avtomobil yolu üzərində Aeroport və Binə yol qovşaqlarının, bu yolun 1,6 km-də yeraltı və 4-cü km-də yerüstü piyada keçidlərinin, üç səviyyəli Mərdəkan qovşağının, yolun 11 və 12-ci km-lərində isə piyada keçidlərinin tikintisi başa çatdırılaraq istismara verilib. Buzovna-Mərdəkan-Qala, Bakı-Ələt yolunun 2-4 km sahəsi (Bayıl qəsəbəsindən Bayraq Meydanına gedən yol), Zığ qəsəbəsi-Aeroport avtomobil yolundan Qala stansiyasına və dəniz sahilinə gedən avtomobil yollarının tikintisi davam etdirilir.

İlk 9 ayda Bakı şəhərində qəsəbələr də daxil olmaqla avtomobil yolları, küçə və prospektlərin təmiri və saxlanmasında 25,2 mln. manatlıq iş görülüb, 46,3 km yol təmir olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR