Bank Of Baku

Bu il Azərbaycan xaricdən 7 təyyarə alıb

Bu il Azərbaycan xaricdən 7 təyyarə alıb
# 25 oktyabr 2011 10:56 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində keçirilən müşavirədə nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə İzmir, Aberdin (Şotlandiya) və Simferopol şəhərlərinə yeni reyslər açılmış, Bakı-Kiyev-Bakı, Bakı-Trabzon-Bakı reysləri bərpa olunub və uçuş reyslərinin sayı artırılıb. Naxçıvan MR-ə “Airbus-320” tipli təyyarələrlə reyslərin yerinə yetirilməsinə başlanılıb.

Bu il dövlət büdcəsindən ayrılmış vəsait hesabına Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin, uçuş-enmə zolağının, hava gəmiləri üçün 4 anqarın və Qəbələdə hava limanının tikintisi üzrə işlər davam etdirilib. Beynəlxalq maliyyə qurumlarının kreditləri hesabına Naxçıvan və Gəncə Beynəlxalq hava limanlarında radiotexniki vasitələrin quraşdırılması üzrə dövlətlərarası layihə başa çatdırılıb. Milli Aviasiya Akademiyasının ərazisində Təlim-məşq mərkəzinin tikintisi başa çatdırılıb, “Airbus”, “Boeing”, “ATR” tipli hava gəmiləri üçün trenajorların tətbiqinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR