Bank Of Baku

Yaxın 4 ildə Azərbaycanda mobil rabitə abunəçilərinin sayının 33% artacağı gözlənilir

Yaxın 4 ildə Azərbaycanda mobil rabitə abunəçilərinin sayının 33% artacağı gözlənilir
# 25 oktyabr 2011 13:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycanda mobil rabitə abunəçilərinin sayının 9,720 mln. nəfərə çatacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bu göstərici Azərbaycan Milli Məclisinə baxılmaq üçün təqdim edilən 2012-ci il dövlət büdcəsinin layihəsində əks olunub.

Büdcə layihəsində qeyd olunub ki, 2012-ci ildə bu göstəricinin 10,906 mln. nəfər, 2013-cü ildə 11,505 mln. nəfər, 2014-cü ildə 12,115 mln. nəfər, 2015-ci ildə isə 12,891 mln. nəfərə çatacağı gözlənilir. Göründüyü kimi, artıq 4 ildən sonra ölkədə mobil rabitə abunəçilərinin sayının 2011-ci ilə nisbətən 32,6% artacağı proqnozlaşdırılır. Ortaillik artım tempinin isə 8,2%-ə bərabər olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR