Bank Of Baku

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Cenevrədə keçirilən beynəlxalq İKT tədbirində təqdimatla çıxış edib

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Cenevrədə keçirilən beynəlxalq İKT tədbirində təqdimatla çıxış edib
# 25 oktyabr 2011 13:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Cenevrədə (İsveçrə) təşkil olunan Genişzolaqlı İnkişafa dair Komissiyanın Sammiti çərçivəsində keçirilən panel sessiyasında çıxış edib. Bu barədə «APA-Economics»ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 24-də Cenevrədə «ITU Telecom World 2011» beynəlxalq telekommunikasiya sərgi-konfransı, həmçinin BMT çərçivəsində fəaliyyət göstərən Genişzolaqlı İnkişafa dair Komissiyanın Sammiti və 4-cü toplantısı işə başlayıb. Tədbirlərdə dövlət və hökumət başçıları, nazirlər, İKT sahəsi üzrə dünyanın aparıcı şirkətlərinin rəhbərləri, 250-dən çox hökumət, sənaye, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ümumilikdə isə 3 mindən artıq nümayəndə iştirak edib: «Beynəlxalq tədbirlərdə ölkəmizi Ə.Abbasovun başçılığı ilə Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən 20-dən çox milli şirkət, həmçinin bir sıra nazirliklərin bu sahə üzrə mütəxəssisləri, ümumilikdə isə 65 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil edib və beynəlxalq tədbirdə Azərbaycanın milli İKT pavilyonu təşkil edilib».
M.Əmirov qeyd edib ki, dövlət və hökumət başçıları, nazirlər və komissarların iştirak etdiyi Genişzolaqlı İnkişafa dair Komissiyanın Sammiti çərçivəsində keçirilən panel sessiyasında nazir Ə.Abbasov əsas məruzəçi qismində çıxış edib və Azərbaycanda İKT sektorunda aparılan islahatlar, regional əhəmiyyətli layihələr, xüsusilə də TASİM layihəsi, ilk telekommunikasiya süni peyki və digər regional və qlobal əhəmiyyətli layihələr haqqında ətraflı məlumat verib və sualları cavablandırıb.
«Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sözügedən tədbirlərin media sponsoru qismində çıxış edib. Tədbirin təşkilatçıları bununla əlaqədar olaraq, Azərbaycanın mətbuat konfransını təşkil edib. Mətbuat konfransında təqdimatla çıxış edən nazir Ə.Abbasov eyni zamanda beynəlxalq mətbuatın suallarını da cavablandırıb», - deyə Nazirlik rəsmisi vurğulayıb.

M.Əmirov həmçinin bildirib ki, tədbirin ikinci günü «ITU Telecom World 2011» beynəlxalq telekommunikasiya sərgi-konfransının açılış mərasimi keçirilib, tədbirdə dövlət və hökumət başçıları, nazirlər, o cümlədən ölkəmizin nümayəndə heyəti iştirak edib. Tədbir çərçivəsində Ə.Abbasov bir sıra ikitərəfli görüşlər keçirib.

Daha sonra Ə.Abbasov Beynəlxalq Telekommunikasiya İttifaqının «ITU Hub» adlı xüsusi pavilyonunda müsahibə verib.

Qeyd edək ki, tədbir oktyabrın 27-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR