Bank Of Baku

«Azərbaycan» kinoteatrının gələcəyinə aydınlıq gətirilib

«Azərbaycan» kinoteatrının gələcəyinə aydınlıq gətirilib
# 26 oktyabr 2011 09:13 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov «APA-ECONOMICS»ə bildirib ki, Azərbaycan prezidentinin 2006-cı il 23 avqust tarixli «Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında» sərəncamına uyğun olaraq digər obyektlərlə yanaşı «Azərbaycan» kinoteatrı da özəlləşdirməyə açıq elan edilib. Onun sözlərinə görə, kinoteatr qeyd edilən sərəncama uyğun olaraq özəlləşdirmə haqqında qanunvericiliyə əsasən özəlləşdirildikdən sonra gələcəkdə öz profilinə uyğun olaraq fəaliyyətini davam etdirəcək.

Tələblərə görə, gələcəkdə bura qoyulan investisiyalar nəticəsində «Azərbaycan» kinoteatrı daha müasir təmir olunmuş, müasir avadanlıq və texnologiyalarla təchiz olunmuş, günün tələblərinə cavab verən kinoteatr kimi fəaliyyətini davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR