Bank Of Baku

«Boeing»in yeni avialayneri ilə ilk kommersiya aviareysi yerinə yetirilib

«Boeing»in yeni avialayneri ilə ilk kommersiya aviareysi yerinə yetirilib
# 26 oktyabr 2011 10:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün ABŞ-ın «Boeing» aerokosmik korporasiyasının istehsal etdiyi «Boeing 787 Dreamliner» avialayneri ilə ilk kommersiya aviareysi yerinə yetirilib.

«APA-Economics»in «Reuters»ə istinadən verdiyi məlumata görə, söhbət Tokio-Honkonq marşrutu üzrə yerinə yetirilən aviareysdən gedir. Uçuşu «Boeing 787 Dreamliner» təyyarəsinin ilk alıcısı Yaponiyanın «All Nippon Airways» aviaşirkəti həyata keçirib. Sözügedən aviareysə biletlərin ilk 100 ədədi dərhal satılıb. Ümumiyyətlə, bütün biletlər qısa bir zamanda satılıb.

Qeyd edək ki, «Boeing 787 Dreamliner» sərnişin təyyarəsinin təqdimatı bu ilin iyul ayında keçirilib. Yeni «Boeing 787 Dreamliner» təyyarəsinin çəkisi Almaniya istehsalı olan «Airbus A330-200» avialayneri ilə müqayisədə 45 ton azdır. Almanların təyyarəsinin çəkisi 180 ton təşkil edirsə, yeni «Boeing»ın ağırlığı 135 tondur.

Bununla yanaşı, hazırda istismarda olan analoji təyyarələrlə müqayisədə yeni «Boeing»ın yanacaq sərfiyyatı 20%, eyni zamanda havaya zərərli tullantıların həcmi də 20% azaldılıb. Eyni zamanda «Boeing 787 Dreamliner»in salonu yenilənib və illüminatorlar 65% genişləndirilib. Təyyarə gövdəsində 200-250 sərnişinlə enmədən 15 min km məsafəni qət edə bilir.

Xatırladaq ki, yaxın gələcəkdə «Azərbaycan Hava Yolları» QSC (AZAL) sözügedən təyyarənin alınmasını planlaşdırır. Bu avialaynerlə Bakıdan Amerika kimi qitələrə birbaşa uçuşların yerinə yetirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, dünya üzrə «Boeing 787 Dreamliner» təyyarəsinə olan sifarişlərin ümumi portfeli 800 ədəd təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR