Bank Of Baku

Bakıda qəza enişi edən «Airbus-321» təyyarəsi ilə Bakı-London aviareysi sabaha təxirə salına bilər

Bakıda qəza enişi edən «Airbus-321» təyyarəsi ilə Bakı-London aviareysi sabaha təxirə salına bilər
# 26 oktyabr 2011 11:40 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə hava limanından bildirilib.

BMI şirkətinin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, təyyarənin yenidən aeroporta qayıtmasına avialaynerin mühərrikinin birində yaranan problem səbəb olub: «Hazırda bu aviareysin sərnişinləri təyyarədən düşürdülərək hava limanındadır. Sözügedən aviareysin bu gün yerinə yetirilib və ya yetirilməyəcəyi təxminən saat 15:00-da müəyyənləşəcək. Lakin bu gün bu aviareysin həyata keçirilməsi ehtimalı azdır. Çox güman ki, reys sabah həyata keçiriləcək. Bakıdan kənarda yaşayan sərnişinlər hotellərdə yerləşdiriləcək».

Qeyd edək ki, Bakı-London marşrutu üzrə aviareys «Airbus-321» tipli təyyarə ilə yerinə yetirilirdi. Təyyarədə 47 sərnişin, 7 ekipaj üzvü olub. Hazırda hava limanında texniki işçilər təyyarədəki problemi aradan qaldırmağa çalışırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR