Bank Of Baku

IBM şirkətinə ilk dəfə olaraq qadın başçılıq edəcək

IBM şirkətinə ilk dəfə olaraq qadın başçılıq edəcək
# 26 oktyabr 2011 12:11 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın “International Business Machines” (IBM) şirkətinə yüz illik tarixi ərzində ilk dəfə olaraq qadın başçılıq edəcək. “APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, şirkətin Direktorlar Şurası IBM-ə rəhbərliyi Virciniya Romettiyə həvalə edib.

V.Romettinin 54 yaşı var. Şirkətdə 30 illik iş təcrübəsi olan indiyədək satış və marketinqlə məşğul olub. Bu postda o, 2002-ci ildən şirkətə rəhbərlik edən Sem Palmizanonu əvəz edəcək. S.Palmizano isə Direktorlar Şurasının sədri olaraq qalacaq.

IBM-in səhmlərinin rekord qiymətə çatdığı bir vaxtda şirkətə rəhbər təyin edilməsi V.Romettiyə ABŞ-ın sahibkar qadınlarının siyahısına liderlik etmək imkanı verib. Belə ki, IBM-in dövriyyəsi və miqyası hazırda İndra Nuyinin başçılıq etdiyi “PepsiCo”nu da üstələyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR