Bank Of Baku

Niderland memarları Azərbaycanda işləmək niyyətindədir

Niderland memarları Azərbaycanda işləmək niyyətindədir
# 26 oktyabr 2011 13:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Niderlandın Azərbaycandakı səfiri Aryen Uyterlindeni qəbul edib. Komitədən «APA-ECONOMICS»ə verilən məlumata görə, görüş zamanı səfirə Azərbaycanda şəhər planlaşdırılması və layihələndirmənin normativ-hüquqi əsasları, komitənin strukturu və vəzifələri haqqında məlumat verilib, onu maraqlandıran digər suallara aydınlıq gətirilib. Görüş zamanı A.Ələsgərov həmçinin niderlandlı layihəçilərlə işbirliyi yaratmağın mümkünlüyünü qeyd edib.

Öz növbəsində səfir Niderlandda şəhərsalmanın tarixi və mövcud vəziyyəti haqqında məlumat verib, bu ölkədən olan iş adamlarının Azərbaycandakı fəaliyyətindən, xüsusən Bakının Qaradağ rayonundakı yeni limanın tikintisi haqqında danışıb. Səfir Niderland memarlarının Azərbaycanda işbirliyi yaratmaqda maraqlı olduqlarını və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirmək niyyətlərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR