Bank Of Baku

TRACECA-nın Azərbaycan hissəsində yükdaşıma 6%, sərnişindaşıma isə 8% artıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşıma 6%, sərnişindaşıma isə 8% artıb
# 26 oktyabr 2011 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə Azərbaycan ərazisində 35,5 mln. ton yük və 160,3 mln. nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ötən ilin yanvar-avqust ayları ilə müqayisədə TRACECA-nın Azərbaycan ərazisi ilə yükdaşımanın həcmi 5,7%, sərnişin daşınmasının həcmi isə 7,9% artıb: «Yüklərin 43,6%-i avtomobil, 36,8%-i dəmir yolu, 19,6%-i dəniz nəqliyyatının payına düşüb. Daşımaların həcmi dəniz nəqliyyatında 22,6%, avtomobil nəqliyyatında isə 7,4% artımla qeydə alınıb».

Qeyd edək ki, yük daşımaları fəaliyyətindən 236,4 mln. manat, sərnişin daşınmasından isə 50,2 mln. manat gəlir əldə olunub və bu göstəricilər müvafiq olaraq 13,1% və 23,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR