Bank Of Baku

Azərbaycanda viza blanklarının poliqrafik hazırlanması üzrə tender keçirilir

Azərbaycanda viza blanklarının poliqrafik hazırlanması üzrə tender keçirilir
# 27 oktyabr 2011 09:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi ölkənin xarici dövlətlərdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blankları və qayıdış şəhadətnaməsi blanklarının yüksək poliqrafik səviyyədə və razılaşdırılmış müddətdə hazırlanması məqsədilə tender elan edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tender iki lot üzrə keçirilir. Birinci lot üzrə 500 min ədəd viza blankı, ikinci lot üzrə isə 40 min ədəd qayıdış şəhadətnaməsi blankı çap olunmalıdır. Tenderdə iştirak etmək istəyənlər birinci lot üzrə 1 000 manat, ikinci lot üzrə isə 500 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar tender təkliflərini noyabrın 10-dək təqdim etməlidir.

Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası noyabrın 11-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR