Bank Of Baku

BMT-nin Genişzolaqlı rabitə üzrə Komissiyası 2015-ci ilədək inkişaf məqsədlərini müəyyənləşdirib

BMT-nin Genişzolaqlı rabitə üzrə Komissiyası 2015-ci ilədək inkişaf məqsədlərini müəyyənləşdirib
# 27 oktyabr 2011 11:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. BMT-nin Genişzolaqlı rabitə üzrə Komissiyası 2015-ci ilə qədər genişzolaqlı çıxışın inkişafı sahəsində yeni məqsədlərini müəyyənləşdirib. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan tərəfdən komissiyanın üzvü ölkənin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovdur. Komissiyanın iclası Cenevrədə (İsveçrə) keçirilən «ITU Telecom World 2011» sərgi-konfransı (24-27 oktyabr) çərçivəsində baş tutub.

Yeni vəzifələr genişzolaqlı rabitə sahəsindəki siyasəti, əlverişlilik məsələlərini və genişzolaqlı rabitənın tətbiqini əhatə edir. Tapşırıqlara əsasən, 2015-ci ilə qədər bütün ölkələr milli plana və ya genişzolaqlı rabitədə strategiyaya malik olmalı və ya onu universal əlverişlilik və xidmət təyinatlarına daxil etməlidir.

Eyni zamanda, 2015-ci ilədək inkişaf etməkdə olan ölkələrdə genişzolaqlı rabitənin baza xidmətlərinin qiymət baxımından əlverişli olmasının təşkili nəzərdə tutulub. Bunun üçün lazımi tənzimləmə və bazar güclərindən (məsələn, orta yalıq gəlirlərin 5%-dən artıq olmayaraq təşkil etmək) istifadə edilməlidir.

Bundan başqa, 2015-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdəki ev təsərrüfatlarının 40%-i internetə çıxış əldə etməlidir, dünyada internet istifadəçilərinin sayı 60%-ə, inkişaf etməkdə olan ölkələrdə 50%-ə, az inkişaf etməkdə olan ölkələrdə isə 15%-ə çatmalıdır.

Beynəlxalq Telekommunikasiya Birliyi (ITU) qeyd edilən məqsədlərin həyata keçirilməsində hər bir tərəfin əldə etdiyi inkişafın ölçülməsinə görə cavab verməyə, genişzolaqlı rabitənin inkişafı barədə illik hesabatı hazırlamağa məcbur edir. Hesabat dünyanın bütün ölkələrinin onların genişzolaqlı rabitə sahəsində siyasəti, əlverişliliyi və genişzolaqlı rabitənin tətbiqi baxımından təsnifatını nəzərdə tutur. Komissiyanın təsdiq etdiyi «Genişzolaqlı çağırışda» rabitə «insanın tələbatı və əsas haqlarından biri» kimi qiymətləndirilir. Sənəddə innovasiya siyasətinin əsaslarının, biznes modellərin və bütün dünyada genişzolaqlı əlverişliliyin artımına dəstək üçün maliyyələşdirmə sazişləri məqsədləri ilə dövlət və özəl sektorun sıx qarşılıqlı əməkdaşlıq etməsinə çağırış yer alıb.

Sənəddə hökumətlərə bazara çıxışda məhdudiyyətlərə və İKT-də lazımsız vergilərə imkan verməməyə təkidli çağırış yer alıb. Bununla yanaşı, sənəddə hökumətlərə funksional uyğunlaşmanın və mövcud lazımi radiotezliklər spektrinin təmin edilməsi məqsədləri ilə razılaşdırılmış beynəlxalq standartların işlənməsinə çağırış da əks olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR