Bank Of Baku

“Volkswagen” şirkətinin xalis mənfəəti 3,4 dəfə artıb

“Volkswagen” şirkətinin xalis mənfəəti 3,4 dəfə artıb
# 27 oktyabr 2011 12:03 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın “Volkswagen Group” avtomobil konserninin xalis mənfəəti bu ilin yanvar-sentyabr aylarında 3,4 dəfə artaraq 13,64 mlrd. avro təşkil edib. “APA-Economics”in konsernin açıqlamasına istinadən xəbərinə görə, ötən il bu rəqəm 4,03 mlrd. avro olub.

Hesabat dövründə alıcılara “Volkswagen” avtomobillərinin çatdırılması 14,1% artaraq 6,17 mln. ədədə çatıb, şirkətin dünya bazarındakı payı isə 11,6%-dən 12,4%-ə yüksəlib.

Bu ilin sonunadək Almaniyanın avtomobil nəhəngi rekord həddə - 8 mln. ədəd avtomobil satmaq niyyətindədir. Analitiklərin proqnozlarına görə, 2011-ci ildə “Volkswagen” istehsal olunmuş və satılmış avtomobillərin sayına görə dünyada birinci yerə çıxacaq.

Qeyd edək ki, “Volkswagen Group” avtomobil konserni “Volkswagen”, “Audi”, “Seat”, “Skoda”, “Bentley”, “Bugatti”, “Lamborghini” və “Scania” brendli avtomobillər istehsal edir. Şirkətin dünya 62 zavodu var və 153 ölkədə satış həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR