Bank Of Baku

Azərbaycanda avtomobil nəqliyyatı yükdaşıma 10%, sərnişindaşıma 8% artıb

Azərbaycanda avtomobil nəqliyyatı yükdaşıma 10%, sərnişindaşıma 8% artıb
# 27 oktyabr 2011 12:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda avtomobil nəqliyyatı ilə 81,6 mln. ton yük və 948,6 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin eyni ayları ilə müqayisədə sözügedən nəqliyyat vasitəsilə yükdaşımanın həcmi 9,6%, sərnişindaşımanın həcmi isə 8,4% artıb.

«Sərnişinlərin 96,4%-i avtobus, 3,6%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, hesabat dövründə yük dövriyyəsi 8,7%, sərnişin dövriyyəsi isə 9,5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR