Bank Of Baku

“Sony” və “Ericsson” yollarını ayırır

“Sony” və “Ericsson” yollarını ayırır
# 27 oktyabr 2011 13:27 (UTC +04:00)
Bakı - APA-Economics. İsveçin “Ericsson” şirkəti “Sony Ericsson” birgə müəssisəsindəki 50%-lik payını Yaponiyanın “Sony Corporation” şirkətinə satmaq qərarına gəlib.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, sövdələşmənin dəyəri 1,05 mlrd. avro təşkil edir.

Uzun illərdir tərəfdaşlıq edən bu iki şirkət sövdələşməni 2012-ci ilin yanvar ayında bitirmək niyyətindədir. “Sony Ericsson”un nəzarət payına tam sahib olmaq Yaponiya şirkətinə mobil qurğular və planşetlər istehsalının texnologiyalarını birləşdirmək, bununla da son illər “Apple” və “Samsung” şirkətlərinə güzəştə getdiyi mövqelərini geri qaytarmaq imkanı verəcək. “Ericsson” isə simsiz rabitə sistemi istehsalı üzrə təmərküzləşməyi planlaşdırır.

Qeyd edək ki, “Ericsson” və “Sony” şirkətləri birgə istehsala 2001-ci ilin oktyabr ayında başlayıb. O zaman tərəfdaşlar 5 il ərzində “Nokia”nı nəhəng mobil telefon istehsalçısı titulundan məhrum etməyi qarşılarına məqsəd qoyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR