Bank Of Baku

AKOA rəsmiləri Moskvada keçirilən beynəlxalq forumda iştirak ediblər

AKOA rəsmiləri Moskvada keçirilən beynəlxalq forumda iştirak ediblər
# 28 oktyabr 2011 14:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Moskvada Rusiya Rabitə və Kütləvi Kommunikasiyakfh Nazirliyinin dəstəyi, «Midekspo» şirkəti və Rusiya Kabel Operatorları Assosiasiyasının təşkilatçılığı ilə «Rəqəmlərə investisiyalar. Hüquqi aspektlər» mövzusunda VII forum keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə Azərbaycan Kabel Operatorları Assosiasiyasının (AKOA) vitse-prezidenti İlham Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Tədbirdə qeyd olunub ki, rəqəmsal teleyayımın hüquqi aspektlərinin nizamlanması sözügedən sahənin mövcud əsas problemlərindən biridir. Bu problemin aradan qaldırılması üçün prosesin iştirakçıları birgə müzakirələr aparmalı və qərar qəbul etməlidir. Bütün dünyada rəqəmsal teleyayıma keçid efiri və tezlikləri azad etmək məqsədi daşıyır. Buna paralel olaraq multimediya texnologiyaları da inkişaf edir. Bu da rəqəmsal teleyayımı yeni keyfiyyətdə, əsasən də daha dəqiq görüntü ilə, təqdim etməyə imkan yaradır. Ümumiyyətlə, forum iştirakçıları qərara gəlib ki, bu sahədə aktiv işlərin görülməsinə baxmayaraq, həlli vacib olan məsələlər 2015-ci il yaxınlaşdıqca üzə çıxacaq. Məhz ona görə, rəqəmsal teleradioyayıma tam keçmək üçün uzun bir yol qət olunmalıdır.

Qeyd edək ki, forum çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib, Azərbaycanda kabel televiziyasının inkişaf perspektivləri müzakirə olunub.

Xatırladaq ki, AKOA 2010-cu ilin noyabr ayında yaradılıb. Assosiasiyanın yaradılmasında əsas məqsəd ölkədəki kabel televiziyası operatorlarının fəaliyyətini əlaqələndirmək, ölkənin İKT bazarında sözügedən seqmentin iştirakçılarının fəaliyyətini nizamlanmasını təmin edən normativ aktların hazırlanmasında iştirak etmək, ümumi problemlərin həllində əməkdaşlıq etmək, təcrübə mübadiləsi və s. həyata keçirməkdir. AKOA-nın təsisçilərin yığıncağında Assosiasiyanın rəhbəri vəzifəsinə «KATV1» kabel operatorunun prezidenti Samir Qurbanov seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR