Bank Of Baku

Abunəçilər «Azərsu»ya borcları veb-sayt vasitəsi ilə də ödəyə bilərlər

Abunəçilər «Azərsu»ya borcları veb-sayt vasitəsi ilə də ödəyə bilərlər
# 28 oktyabr 2011 15:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Azərsu» ASC-nin elektron ödəniş sisteminin təkmilləşdirilməsi çərçivəsində bundan sonra abunəçilər içməli sudan istifadə və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcları plastik kartlar vasitəsi ilə səhmdar cəmiyyətinin internet səhifəsindən istifadə etməklə ödəyə bilərlər. ASC-dən «APA-Economics»ə verilən məlumata görə, bunun üçün www.azersu.az saytındakı «onlayn ödəniş» bölməsini seçmək, abonent kodunu daxil etməklə əməliyyatı plastik kartlarla KÖMİS və «Golden Pay» sistemləri vasitəsi ilə həyata keçirmək olar.

Abunəçilər ödənişləri www.quick.az, www.hesab.az veb-saytlarından istifadə etməklə, həmçinin «Pay Point» ödəmə terminalları vasitəsi ilə də həyata keçirə bilər.

«Azərsu» ASC bir daha abunəçilərin nəzərinə çatdırır ki, içməli su təchizatı və kanalizasiya xidmətlərinin dəyərini heç bir halda nəzarətçiyə ödəməsinlər. Onlar ödənişləri bank və poçt şöbələrində, «Pay Point» terminallarında, internet vasitəsi ilə plastik kartlarla apara bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR