Bank Of Baku

«Azərbaycan Dəmir Yolları» Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

«Azərbaycan Dəmir Yolları» Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
# 31 oktyabr 2011 08:04 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, Qurban bayramı günlərində sərnişin axınının artması adi hala çevrilib: «Rahat və əlverişli nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verir. Məhz bu səbəbdən «Azərbaycan Dəmir Yolları» QSC qarşıdan gələn Qurban bayramı ilə əlaqədar gucləndirilmiş iş rejiminə keçib».

N.Əzməmmədov onu da qeyd edib ki, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün noyabr ayının 4-ü, 5-i, 7-si və 8-i tarixlərində Bakı-Böyük Kəsik istiqamətində əlavə qatar təyin edilib.

Bundan başqa, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına sərnişin sıxlığından asılı olaraq hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulması təmin ediləcək: «Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR