Bank Of Baku

Yaxın iki gündə Bakı-Böyük Kəsik dəmir yolunun daha 3 km-i əsaslı təmir olunacaq

Yaxın iki gündə Bakı-Böyük Kəsik dəmir yolunun daha 3 km-i əsaslı təmir olunacaq
# 31 oktyabr 2011 09:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Oktyabrın 31-dən noyabrın 1-dək Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində daha 3 km yol əsaslı təmir olunacaq. Bu barədə «APA-Economics»ə «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, sözügedən tarixdə Tatlı-Ağstafa sahəsinin 92-89-cu kilometrində daha 3 km yol əsaslı təmir olunacaq: «Əsaslı təmir işlərinə «Azərbaycan Dəmir Yolları» QSC «Dəmiryolservis» MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub. Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq».

Qeyd edək ki, «Azərbaycan Dəmir Yolları» QSC-nin Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə bu ilin iyun ayının 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 14 km əsaslı təmir olunub.

Xatırladaq ki, Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının icrası istiqamətində Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən «Dəmir yolu ticarəti və nəqliyyatının dəstəklənməsi Layihəsi» çərçivəsində Çexiyanın «Eximbank»ı ilə 215 mln. avro məbləğində kredit sazişi imzalanıb. Məhz bu vəsait hesabına Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR