Bank Of Baku

Batumidə GUAM-ın ticarət və nəqliyyata dəstək üzrə rəhbər komitəsinin iclası keçirilib

Batumidə GUAM-ın ticarət və nəqliyyata dəstək üzrə rəhbər komitəsinin iclası keçirilib
# 31 oktyabr 2011 09:10 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Gürcüstanın Batumi şəhərində GUAM-ın ticarət və nəqliyyata dəstək üzrə rəhbər komitəsinin iclası keçirilib.

APA-Economics”in GUAM mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iki günlük iclasda qurum çərçivəsində ticarət və nəqliyyat üzrə layihənin icrası vəziyyəti, gömrükdən keçmiş mallara dair informasiya mübadiləsi və digər məsələlər nəzərdən keçirilib.

Görüşün yekunlarına dair protokol imzalanıb. Komitənin növbəti iclasının Kişinyovda keçirilməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, GUAM-a Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR