Bank Of Baku

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 39% artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 39% artıb
# 31 oktyabr 2011 11:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın hava nəqliyyatı ilə 1,1 mln. sərnişin daşınıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən bildirilib.

«Ölkənin hava nəqliyyatının fəaliyyətində daha yüksək artım müşahidə olunur. Doqquz ay ərzində 1,1 mln. və ya ötən ilin analoji dövrünə nisbətən 39,1% çox sərnişin daşınıb. Yük daşınmasında isə artım 30,3% təşkil edib», - deyə Komitədən bildirilib.

Hesabat dövründə daşınmanın 96,9%-i dövlət bölməsinə, 3,1%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR