Bank Of Baku

Azərbaycanın nəqliyyat naziri Koreyanın SK Şirkətlər Qrupunun rəhbərliyini qəbul edib

Azərbaycanın nəqliyyat naziri Koreyanın SK Şirkətlər Qrupunun rəhbərliyini qəbul edib
# 31 oktyabr 2011 13:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Koreyanın SK Şirkətlər Qrupunun sədri Çey Tae Vonun (Chey Tae Won) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Koreya nümayəndə heyətinə «C&C» şirkətinin kompüter və kommunikasiya üzrə prezidenti Çunq Çul Xil (Chung Chul Khil), şirkətin qlobal və inkişaf üzrə prezidenti Yu Cionq Cun (Yu Jeong Joon), mühəndislik və tikinti üzrə prezident Çoy Kvanqehul (Choi Kvangehul), Koreyanın Azərbaycandakı səfiri Li Ciha (Lee Jiha) və başqaları daxil olub.

Görüşdə Z.Məmmədov son illər Azərbaycanın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, böyük əhəmiyyətli islahatların həyata keçirilməsi, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən danışıb. Bütün bunların iqtisadiyyatın bütün sahələrinin, o cümlədən nəqliyyat-yol kompleksinin inkişafına müsbət təsir göstərdiyini vurğulayan Z.Məmmədov bu sahədə Azərbaycanla Koreya arasındakı əməkdaşlıqdan da danışıb.

Öz növbəsində Çey Tae Von nəqliyyat sektorunun bütün sahələri üzrə Koreya-Azərbaycan əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.

Müzakirələr zamanı cari ilin sonunadək tətbiq ediləcək Nəqliyyatın İntellektual İdarə Edilməsi Sistemindən də ətraflı danışılıb, layihənin icrası və inkişafı istiqamətindəki perspektivlər müzakirə edilib və bununla bağlı Azərbaycanın böyük imkanlara malik olduğu vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR