Bank Of Baku

«Bakcell» yeni kampaniyaya başlayıb

«Bakcell» yeni kampaniyaya başlayıb
# 31 oktyabr 2011 14:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti yeni kampaniyaya start verib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Ulduzlu zənglər» adlanan kampaniya heç bir şərt və məhdudiyyət olmadan Azərbaycan daxilində bütün istiqamətlərə zənglərin hər dəqiqəsinə görə 0,05 manat tarifini təklif edir. Bunun üçün abunəçi zəng etdiyi istənilən mobil, ev və ofis nömrəsinin qarşısında * (ulduz işarəsi) yığmalıdır. Kampaniya çərçivəsində sevimli nömrələr aktiv qalır, tarifikasiya intervalı dəyişmir. Xidmətdən yararlanmaq üçün abunəçinin balansında olan məbləğin fərqi yoxdur.

Kampaniya 1 ay - noyabrın 30-dək davam edəcək.

Qeyd edək ki, «Ulduzlu zənglər» kampaniyasından «Cin», «Klass» və «Gold» abunəçiləri, eləcə də yeni «CİNeration» və «Klass 7» tariflərinin abunəçiləri yaralana bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR