Bank Of Baku

Bu gündən «Məşədi Əzizbəyov» metro stansiyasına giriş-çıxış bağlanıb

Bu gündən «Məşədi Əzizbəyov» metro stansiyasına giriş-çıxış bağlanıb
# 01 noyabr 2011 07:15 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, məhz bununla əlaqədar qatarlar «Məşədi Əzizbəyov» stansiyasında dayanmadan hərəkət edir. Stansiyaya sərnişinlərin giriş və çıxışının məhdudlaşdırılması yenidənqurma işləri ilə bağlıdır. Stansiya dekabr ayında təkrar istifadəyə açılacaq və həmin vaxtadək sərnişinlərin giriş və çıxışı məhdudlaşdırılacaq.

Qeyd edək ki, stansiyada aparılacaq yenidənqurma işləri nəticəsində keçidin yeri dəyişdiriləcək, daxili interyer yenilənəcək, tavan 6 metr 45 sm hündürlüyündə olacaq, həmçinin yeni giriş və çıxışlar açılacaq.

Xatırladaq ki, məhdudiyyətlərlə əlaqədar son dayanacağı «Məşədi Əzizbəyov» stansiyasının qarşısı olan avtobus marşrutlarının sxemində də dəyişiklik edilib. Dayanacaqlar müvəqqəti olaraq metronun «Ulduz» stansiyasının qarşısına köçürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR