Bank Of Baku

Bakının kənd və qəsəbələrində 10-dan artıq elektron ATS tikiləcək

Bakının kənd və qəsəbələrində 10-dan artıq elektron ATS tikiləcək
# 01 noyabr 2011 09:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) ölkə paytaxtının ətraf kənd və qəsəbələrində əhalinin telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə yeni elektron ATS-lər tikərək sakinlərin istifadəsinə verilməsi istiqamətində işlərini davam etdirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu istiqamətdə Bakının kənd və qəsəbələrində 10-dan artıq elektron ATS-in tikintisi nəzərdə tutulub.

Bununla yanaşı, Qaradağ, Xəzər, Sabunçu, Suraxanı, Binəqədi rayonlarının kənd və qəsəbələrində mövcud olan bütün stansiyaların yeni nəsil NGN stansiyaları ilə əvəzlənməsi istiqamətində də tədbirlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR