Bank Of Baku

Bakıda EPEG Konsorsiumunun üçüncü toplantısı keçirilib

Bakıda EPEG Konsorsiumunun üçüncü toplantısı keçirilib
# 01 noyabr 2011 09:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda “Europe Persia Express Gateway” (EPEG) Konsorsiumunun üçüncü toplantısı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan baş nazirinin müavini Abid Şərifov bildirib ki, bu layihə sayəsində Avropadan Omana - Almaniyanın Frankfurt şəhərindən başlayaraq Polşa, Ukrayna, Rusiya, Azərbaycan, İran və Oman ərazisindən keçməklə çox böyük tutumlu, keyfiyyətli rabitə kanallarının Asiya ölkələrinə çatdırılması təmin ediləcək: «Bu marşrut Avropadan Asiyaya dəniz altı kabellərin alternativi olan ən qısa yoldur. Azərbaycan bu layihədə tranzit ölkə olaraq həm əsas, həm də rezerv marşrut olaraq seçilib».

A.Şərifovun sözlərinə görə, layihədə Azərbaycan tərəfdən iştirak edən «Delta Telecom» şirkətinin potensialı böyükdür: «Şirkətin bu sahədə bir sıra layihələri uğurla yerinə yetirməsini əsas tutaraq, bu layihənin də öhdəsindən rahat gələcəyinə inanırıq. Azərbaycanın qlobal reytinq göstəricilərində şəbəkə texnologiyalarına görə ön sıralarda yer almasında «Delta Telecom»un xüsusi rolu var».

Qeyd edək ki, tədbirdə «Rostelekom» (Rusiya), «Telekom İnfrastruktur Kompaniyası» (İran), «Omantel» (Oman) və «Cable and Wireless» (İngiltərə) şirkətinin nümayəndələri də iştirak edib.

Xatırladaq ki, konsorsiumun birinci toplantısı Tehranda, ikinci toplantısı isə Moskvada keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR