Bank Of Baku

Bakının bəzi rayonlarına içməli suyun verilməsi kəsiləcək

Bakının bəzi rayonlarına içməli suyun verilməsi kəsiləcək
# 01 noyabr 2011 12:39 (UTC +04:00)
«Azərsu» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, Xətai rayonunun «Qara Şəhər» ərazisində aparılacaq təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar Ə.Axundov, N.Rəfiyev, İ.Orucova, S.Orucov, A.Cəlilov, F.Bayramov, R.Əliyev küçələri, eləcə də Xocalı və Nobel prospektlərinin bir hissəsinə içməli suyun verilməsi noyabrın 2-si 09:00-dan noyabrın 3-ü 09:00-dək dayandırılacaq.

Eyni səbəblərdən, paytaxtın Nərimanov və Nəsimi rayonları ərazisində aparılacaq təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar H.Sarabski, N.Vəzirov, S.Vurğun, M.Əlizadə, R.Muxtarov, Y.Vəzirov küçələrinə də içməli suyun həmin müddət ərzində dayandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR