Bank Of Baku

Azərbaycanın dəmir yolu nəqliyyatında yükdaşıma 6% artıb

Azərbaycanın dəmir yolu nəqliyyatında yükdaşıma 6% artıb
# 01 noyabr 2011 13:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın dəmir yolu nəqliyyatı ilə yükdaşımanın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 6% artaraq 16,3 mln. ton təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə orta hesabla sutkada 690 vaqon yüklənib, 470 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 30,9 min ton, Qərb istiqaməti üzrə 4,5 min ton, Cənub istiqaməti üzrə isə 3,4 min ton yükləmə işi yerinə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR