Bank Of Baku

Azərbaycan prezidenti Argentinanın elm, texnologiya və produktiv innovasiya nazirini qəbul edib

Azərbaycan prezidenti Argentinanın elm, texnologiya və produktiv innovasiya nazirini qəbul edib
# 02 noyabr 2011 12:45 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonu qəbul edib. “APA-Economics”-in məlumatına görə, dövlət başçısı Azərbaycanla Argentina arasında fəal əməkdaşlığın yaradıldığını vurğulayıb.

Latın Amerikası ölkələrindən ilk dəfə Argentinada Azərbaycanın səfirliyinin açıldığını qeyd edən prezident İ. Əliyev bildirib ki, regional əməkdaşlığın inkişaf etdirilməsi üçün ölkələr bir-birlərinin imkanlarından istifadə etməlidir. L. Baranaonun Argentinadan Azərbaycana səfər edən ilk nazir olduğunu vurğulayan dövlət başçısı əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Öz növbəsində, L. Baranao Azərbaycana ilk dəfə səfər etdiyini və ölkədə böyük iqtisadi inkişafın şahidi olduğunu deyib.

Azərbaycanın strateji mövqedə yerləşdiyini vurğulayan nazir ölkəsinin Azərbaycanla tərəfdaşlıq əlaqələri qurmağa böyük önəm verdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR