Bank Of Baku

“Azercell Telekom”un prezidenti: “Göstərəcəyimiz 3G xidmətlərinin tarifləri hazırkı internet xidmətlərinin tariflərindən də aşağı olacaq”

“Azercell Telekom”un prezidenti: “Göstərəcəyimiz 3G xidmətlərinin tarifləri hazırkı internet xidmətlərinin tariflərindən də aşağı olacaq”
# 02 noyabr 2011 15:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın “Azercell Telekom” mobil rabitə operatoru qısa bir zamanda 3G xidmətlərinin göstərilməsinə başlayacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə bu gün şirkətin 3G lisenziyası almasına həsr olunmuş mətbuat konfransında “Azercell Telekom”un prezidenti Ali Ağan bildirib.

Şirkətin bu xidmətləri göstərməyə hazır olduğunu deyən A.Ağan qeyd edib ki, 2010-cu ildən etibarən şirkət həmçinin 4G xidmətləri göstərməyə hazırdır: “4G xidmətlərinin göstərilməsi üçün şirkət yeni lisenziya və tezliklər almalı olacaq”.

Onun sözlərinə görə, 3G xidmətləri göstərmək üçün lisenziyaya şirkət 11 min manat ödəyib: “Hazırda Azərbaycanda tezliklər yalnız dövlətə məxsusdur və dövlət “Azercell”ə müvafiq tezliklər ayırıb. 3G xidmətləri göstərməyimiz üçün ayrılan tezliklərdən hazırda B&BTV istifadə edir. Avqustun 27-dən B&BTV-yə xəbərdarlıq olunub və iki ay ərzində bu tezliklər boşaldılmalı idi. Lakin indiyədək B&BTV tezliyi boşaltmayıb. 3G xidmətlərini tətbiq etməyə başlamağımız tezliklərin nə vaxt boşaldılacağından asılıdır. Ümid edirik ki, qısa müddətdə bütün ölkə ərazisində bu xidmətləri göstərməyə başlayacağıq. Baza stansiyalarının sayı da buna imkan verir”.

Tariflərə gəldikdə isə, A.Ağan deyib ki, 3G xidmətlərinin tarifləri hazırda şirkətin göstərdiyi internet xidmətlərindən nəinki 30-40%, hətta bundan da aşağı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR