Bank Of Baku

Bakı metrosunda sərnişindaşımanın həcmində bu il ilk dəfə artım qeydə alınıb

Bakı metrosunda sərnişindaşımanın həcmində bu il ilk dəfə artım qeydə alınıb
# 03 noyabr 2011 10:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayı ərzində Bakı Metropolitenindən 15,2 mln. sərnişin yararlanıb ki, əvvəlki aya nisbətən metrodan istifadə edən sərnişinlərin sayı 25,6% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında metrodan 132,4 mln. nəfər yararlanıb, bu isə ötən ilin analoji dövrünə nisbətən 0,3% çoxdur.

Qeyd edək ki, 2011-ci ilin ötən dövrü ərzində Bakı Metropolitenində sərnişin daşımasının həcmində ilk dəfədir ki artım qeydə alınır.

Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR