Bank Of Baku

Son 8 ildə Bakı Metropoliteni üçün 166 yeni vaqon alınıb

Son 8 ildə Bakı Metropoliteni üçün 166 yeni vaqon alınıb
# 03 noyabr 2011 12:54 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA-Economics. Bakı Metropoliteni üçün 2003-cü ildən indiyədək 166 yeni vaqon alınıb. “APA-Economics”in məlumatına görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov YAP-ın saytına müsahibəsində deyib.

O, köhnəlmiş vaqonların dəyişdirilməsinin davam etdirildiyini bildirib: “Bütövlükdə yeni vaqonlar metropolitenin vaqon parkının 75%-ni təşkil edir. Bu, kifayət qədər yaxşı göstəricidir və Azərbaycan xalqına yüksək xidmət deməkdir. Metropolitendən gün ərzində 600 minə yaxın sərnişin istifadə edirsə, metrosuz Bakının nəqliyyat sistemini təsəvvür etmək belə mümkün deyil. 600 min sərnişin Bakı əhalisinin təxminən 35-37%-i deməkdir. Əgər metro olmasaydı, şəhərimizdə necə tıxaclar yaranar, nəqliyyat sistemi iflic olardı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR