Bank Of Baku

Naxçıvan Avtomobil Zavodu yeni sedan modeli istehsal edəcək

Naxçıvan Avtomobil Zavodu yeni sedan modeli istehsal edəcək
# 03 noyabr 2011 13:08 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə zavodun rəsmi nümayəndəsi Murad Feyzullayev məlumat verib.

Onun sözlərinə görə, 2012-ci ilin sonundan etibarən müəssisədə yeni «Lifan 720» sedan tipli avtomobil modelinin istehsalına başlanacaq: «Hazırda zavodda «Lifan 320», «Lifan 520» və «Lifan 620» avtomobil modelləri yığılır. Gələn ilin I rübündən etibarən isə müəssisədə «Lifan SUV» krossoverlərinin istehsalına başlanılacaq».

M.Feyzullayev onu da bildirib ki, yaxın gələcəkdə zavodda yığılacaq bütün avtomobillər avtomatlaşdırılmış sürət qutusu ilə təchiz olunacaq. Hazırda NAZ-da yığılan bütün avtomobil modellərinin sürət ötürmə qutusu mexanikidir.

Qeyd edək ki, NAZ 2010-cu ildən fəaliyyət göstərir. Müəssisə ilə Çinin «Lifan» Avtomobil Korporasiyası arasında 2009-cu ildə imzalanan əməkdaşlıq sazişi çərçivəsində Naxçıvan zavodunda «Lifan» avtomobil modelləri istehsal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR