Bank Of Baku

ADNA tələbələrinə bərk məişət tullantılarının idarə edilməsi mövzusunda mühazirə oxunub

ADNA tələbələrinə bərk məişət tullantılarının idarə edilməsi mövzusunda mühazirə oxunub
# 09 dekabr 2011 07:49 (UTC +04:00)
Bakı - APA-Economics. “Təmiz Şəhər” ASC illik fəaliyyət planına uyğun olaraq əhalinin tullantıların idarə edilməsi haqqında biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.

ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, növbəti maarifləndirmə tədbiri dekabr ayının əvvəlində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) keçirilib.

“Təmiz Şəhər” ASC-nin Ətraf Mühitin Mühafizəsi şöbəsinin əməkdaşları tərəfindən ADNA-nın ikinci kurs və magistratura tələbələrinə “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda mühazirələr oxunub.

Mühazirəçi tələbələrə bərk məişət tullantılarının anlayışı, termin və təyinləri, bərk məişət tullantılarının idarə olunmasının ekoloji konsepsiyası, Balaxanıda inşa olunan Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında və İçərişəhərdə tullantıların çeşidlənməsi layihəsi haqqında ətraflı məlumat verib.

Qeyd etmək lazımdır ki, artıq 3-cü ildir “Təmiz Şəhər” ASC ADNA ilə gənc nəslin ekoloji maarifləndirilməsində və tərbiyəsində birgə fəaliyyət göstərir. Bu cür səmərəli əməkdaşlığın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR