Bank Of Baku

Agentlik: Peşə təhsilinə bu il 28 mindən çox tələbənin qəbulu hədəflənir

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı

© APA | Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı

# 23 iyul 2026 11:04 (UTC +04:00)

2026-2027-ci tədris ili üzrə 28 140 tələbənin peşə təhsilinə qəbul olunması hədəflənir.

APA xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, 2020-ci ildən etibarən peşə təhsilinə qəbul olunanların sayı 90% artıb.

"2026-2027-ci tədris ili üzrə 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə 33 120 plan yeri ayrılıb. Ayrılmış plan yerlərinin 3 000-i ilk peşə təhsili səviyyəsinə, 27 260-ı texniki peşə təhsili, 2 860-ı isə yüksək texniki peşə təhsili səviyyəsinə aiddir. Cari tədris ili üzrə 28 140 tələbənin qəbul olunması hədəflənir", – deyə agentlik sədri qeyd edib.

İlqar Bayramlı əlavə edib ki, qəbul planının 74%-ni, yəni 24 425 yeri dövlət sifarişli yerlər təşkil edir.

"Dövlət sifarişli plan yerlərinin sayı son 4 ildə 52% artıb", – deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR