Bank Of Baku

“Nar Mobile” yeni kampaniyaya başlayır

“Nar Mobile” yeni kampaniyaya başlayır
# 09 dekabr 2011 16:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 9-dan gələn ilin yanvarın 9-dək “Nar Mobile” şəbəkəsinə qoşulmaqla hər ay “Xoş gəlmişsiniz” kampaniyası çərçivəsində bütün Azərbaycan daxilində zənglər üçün 30 dəqiqə hədiyyə almaq imkanı verən kampaniya keçiriləcək.

“Nar Mobile”dan “APA-Economics”ə verilən məlumata görə, “Nar Nömrəsi”ni almaqla abunəçilər 6 ay ərzində hər ay ölkə daxili zənglər üçün 30 dəqiqə danışıq vaxtı hədiyyə qazanmaqla yanaşı, “Unikal” tarifində dəqiqəsi cəmi 4 qəpikdən danışmaq imkanından yararlana biləcəklər.

Hər ay təqdim olunan bonus dəqiqələri həm səsli, həm də video zənglər üçün etibarlıdır. Təqdim olunan bonus dəqiqələrdən istifadə müddəti 30 gündür.

İlk ay üçün bonus nömrə aktivləşdirildiyi andan etibarən abunəçinin balansına avtomatik olaraq yüklənilir. Növbəti 5 ay ərzində isə bonuslar abunəçi balansını ən azı 2 AZN dəyərində artırdıqda təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR