Bank Of Baku

Vergilər Nazirliyi “Ən yaxşı elektron xidmət” nominasiyasında birinci yer tutub

Vergilər Nazirliyi “Ən yaxşı elektron xidmət” nominasiyasında birinci yer tutub
# 10 dekabr 2011 16:15 (UTC +04:00)
Bakı - APA-Economics. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 6 dekabr - Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və telefon rabitəsinin yaranmasının 130 illiyi münasibətilə elan edilən İKT müsabiqəsinin “Ən yaxşı kitab”, “Ən yaxşı məqalə”, “Ən yaxşı elektron xidmət” nominasiyaları üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

APA-Economics”İn xəbərinə görə, nəticələrə əsasən, “Ən yaxşı elektron xidmət” nominasiyasında Vergilər Nazirliyinin Fərdi sahibkarların e-qeydiyyatı xidməti birinci yer tutub. İkinci yerdə Səhiyyə Nazirliyinin Tibb müayinə kart sistemi, üçüncü yerdə isə Ali Məhkəmənin elektron xidmət səhifəsi qərarlaşıb.

Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR