Bank Of Baku

“İran Hodro” avtomobil və maşınqayırma zavodunun bağlanmasının səbəbi açıqlanıb

“İran Hodro” avtomobil və maşınqayırma zavodunun bağlanmasının səbəbi açıqlanıb
# 12 dekabr 2011 07:36 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran Hodro” avtomobil və maşınqayırma zavodunun istehsal etdiyi avtomobillər standartlara uyğun olmadığı üçün bağlanıb. APA-nın məlumatına görə, bunu İran hüquq-mühafizə qüvvələrinin komandanı İsmayıl Əhmədi Müqəddəm bildirib.

Qeyd edək ki, “Peykan Vanet” markalı avtomobilləri istehsal edən “İran Hodro” zavodu standartlara uyğun olmadığı əsas gətirilərək dekabrın 10-da bağlanıb və nəticədə 5000 nəfər işsiz qalıb. 2011-ci ilin oktyabr ayından eyni səbəblə bu zavodun istehsal etdiyi avtomobillərə dövlət nömrə nişanı verilməsi qadağan edilib. Zavodun direktoru fəhlələrin işsiz qalmaması üçün 2 ay istehsala davam etsə də, ötən həftə “İran Hodro” tamam bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR