Bank Of Baku

Bakı-Böyük Kəsik dəmir yolunun daha 5 kilometri əsaslı təmir olunur

Bakı-Böyük Kəsik dəmir yolunun daha 5 kilometri əsaslı təmir olunur
# 12 dekabr 2011 08:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

“Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun “APA-Economics»ə verdiyi məlumata görə, dekabrın 12-14-də dəmiryolunun Zəyəm-Dəllər sahəsinin 138-142-ci km-də daha 5 km yol əsaslı təmir olunacaq. Səhər tezdən köhnə yolun söküntüsünə start verilib.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 28,5 km yol əsaslı təmir olunub. Əsaslı təmir işlərinə QSC-nin “Dəmiryolservis” MMC-nin müvafiq qurumları cəlb olunub. Yolların əsaslı təmiri prosesini Çexiyanın «İxrac» Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR