Bank Of Baku

“Samsung” mobil telefon satışı üzrə yeni dünya rekordu müəyyənləşdirib

“Samsung” mobil telefon satışı üzrə yeni dünya rekordu müəyyənləşdirib
# 12 dekabr 2011 09:20 (UTC +04:00)
Bakı - APA-Economics. “Samsung” şirkəti mobil telefon satışı üzrə yeni dünya rekordu müəyyənləşdirib. “APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə şirkətin prezidenti C.K.Şin açıqlama verib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən noyabrın sonunadək “Samsung” 300 mln. ədəd mobil telefon satıb. Cari ilin sonuna qədər bu göstəricinin bir qədər də artacağı gözlənilir.

Ötən il 280 mln. ədəd mobil telefon satıldığını xatırladan C.K.Şin gələn il satış həcminin daha da artmasını gözlədiklərini vurğulayıb.

Araşdırmalar göstərir ki, şirkətin ən çox satılan mobil telefonları “Galaxy S” və “Galaxy S II” modellərinin payına düşür. Apreldə satışa çıxarılan “Galaxy S II” modeli artıq 10 mln. ədəd satılıb.

“Samsung”un mobil telefon satışı sahəsində ən yaxın izləyicisi isə “Nokia” (Finlandiya) şirkətidir. Dünyada satılan hər 4-cü mobil telefon “Nokia”dır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR