Bank Of Baku

Avropa Birliyi avtoritar rejimlərin müxalifətçilərini sosial şəbəkələrdəki risklər haqqında maarifləndirməyə başlayır

Avropa Birliyi avtoritar rejimlərin müxalifətçilərini sosial şəbəkələrdəki risklər haqqında maarifləndirməyə başlayır
# 13 dekabr 2011 09:21 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın sabiq müdafiə naziri Karl-Teodor tsu Quttenberq Avropa Komissiyasının internet azadlığı məsələləri üzrə müşaviri təyin olunub. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, onun namizədliyini informasiya texnologiyaları üzrə avrokomissar Nili Kroes təsdiqləyib.

N.Kroes bildirib ki, Quttenberqin vəzifəsi avtoritar rejimlərə müxalif olan şəxslərin hüquqlarını internetdə müdafiə etmək imkanlarını axtarıb tapmaqdan ibarətdir. Onun sözlərinə görə, Avropa Birliyi müxalifətçiləri sosial şəbəkələrdən istifadə etməyin riskləri haqqında maarifləndirmək niyyətindədir. Almaniyanın sabiq müdafiə naziri isə keçmiş əlaqələrindən istifadə edərək, bu layihəyə diqqəti cəlb edə bilər.

Quttenberqin qalmaqallı siyasi keçmişi barədə sualı cavablandıran N.Kroes onu bacarıqlı, istedadlı və təcrübəli mütəxəssis kimi xarakterizə edib: “Mənə müqəddəs yox, istedadlı adamlar lazımdır”.

Qeyd edək ki, bu ilin fevralında Quttenberq Almaniyanın müdafiə naziri vəzifəsindən istefa vermək məcburiyyətində qalıb. Buna səbəb onun dissertasiya işinin plagiat olmasının üzə çıxması olub. Nəticədə nazir təkcə vəzifəsini yox, həm də alimlik dərəcəsini itirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR