Bank Of Baku

® Bakıda yenilənmiş «Range Rover Evoque»un təqdimatı keçirilib - FOTOSESSİYA

<font color=red>® </font> Bakıda yenilənmiş «Range Rover Evoque»un təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 13 dekabr 2011 09:38 (UTC +04:00)
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən «Crystal Motors»un satış şöbəsinin müdiri Adil Axundov «Evoque»un adi görünüşünü tamamilə dəyişdirmiş texniki innovasiyalar haqqında danışıb və qeyd edib ki, müasir aqressiv dizayn, ən müasir texnologiyalar, yol keyfiyyətləri yeni brenddə birləşib: «Bu, modelin tarixi boyu buraxılmış və həqiqətən möhtəşəm görünüşü olan ən rahat, yüngül və qənaətli «Range Rover»dir. Əfsanəvi «Land Rover Terrain Response» sistemli «Range Rover Evoque», şübhəsiz, bu qəbildən olan avtomobillər arasında istənilən hava şəraitinə və müxtəlif örtüklü yollara da yaxşı uyğunlaşdırılıb. Bundan əlavə, avtomobilin zəngin təchizatına ikili təsvirli 8 düymlu sensorlu displey və dairəvi müşahidə kamerası daxildir».

A.Axundov onu da qeyd edib ki, hər kəs müxtəlif rəng, işləmə və dəbdəbəli formalar arasında öz fərdiliyini nəzərə çarpdıracaq avtomobili seçə biləcək: «Öz növbəsində, «Crystal Motors»un servis mərkəzi «Land Rover» avtomobillərinin sahiblərinə uyğun qiymətlərlə ən yüksək xidmətə zəmanət verir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR