Bank Of Baku

«Apple» şirkəti Azərbaycanda hədiyyə lotereyası keçirir

«Apple» şirkəti Azərbaycanda hədiyyə lotereyası keçirir
# 13 dekabr 2011 11:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Apple» şirkətinin Azərbaycandakı nümayəndəliyi («Alma Store» mağazalar şəbəkəsi) müştərilərə təşəkkür əlaməti olaraq Yeni İl bayramı ilə əlaqədar hədiyyə lotereyası keçirir.

Nümayəndəlikdən «APA-Economics»ə verillən məlumata görə, 2011-ci il ərzində «Alma Store» mağazalarından «iPad», «iPod», «iPhone», «Mac», «Wacom» planşetləri və «Beats by Dr.Dre» qulaqlıqları alan hər bir müştəri dekabrın 30-da keçiriləcək uduşlu lotereyada iştirak etmək hüququ qazanır və bayram hədiyyəsi qazanman şansı əldə edir.

Qeyd edək ki, lotereyada “iPhone 4”, “iPad 2”, “MacBook”, “iPod touch” (2 ədəd), “iPod nano” (3 ədəd), “iPod shuffle” (4 ədəd), “Wacom Bamboo” (2 ədəd) və aksessuarlar oynanılacaq.

Aksiyada 2011-ci il yanvarın 1-dən dekabrın 30-dək alınan bütün «iPad», «iPod», «iPhone», «Mac», «Wacom», «Beats by Dr.Dre» məhsullarının seriya nömrələri iştirak edəcək. Hədiyyələr bu seriya nömrələrinin içindən seçiləcək. Seçilmə prosesi lotereya formasında «Alma Store» mağazasında müştərilərin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, bir müştəri müvafiq məhsullardan etdiyi alışın sayına görə lotereyada bir neçə dəfə iştirak edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR