Bank Of Baku

Azərbaycanda İnformasiya Təhlükəsizliyi üzrə Milli Mərkəz yaradılacaq

Azərbaycanda İnformasiya Təhlükəsizliyi üzrə Milli Mərkəz yaradılacaq
# 13 dekabr 2011 12:09 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Nazir müavini qeyd edib ki, bu orqanın yaradılması ilə bağlı hazırlanmış təkliflər artıq hökumətə təqdim olunub: «İndi biz bu təkliflərin cavabını gözləyirik ki, işə başlayaq».

E.Vəlizadə bildirib ki, hər bir ölkədə informasiya təhlükəsizliyi üzrə xüsusi qurumlar yaradılmalıdır. Amerikada bu CERT, Avropada CISRT adlanır. Bu təşkilatların vəzifəsi hər bir istifadəçinin, o cümlədən biznes və dövlət strukturlarının təhlükəsizliyini təmin etmək, onları mümkün təhlükələr barədə vaxtında xəbərdar etməkdir. Dünya praktikasına görə, belə strukturların hamısı dövlət qurumları kimi yaradılır. Belə qurumlar başqa ölkələrin analoji qurumları ilə də fəaliyyətlərini koordinasiya edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR