Bank Of Baku

Koreya səfiri: “Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sistemi dekabrın 15-də hazır olacaq”

Koreya səfiri: “Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sistemi dekabrın 15-də hazır olacaq”
# 13 dekabr 2011 15:44 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Koreyanın Azərbaycandakı səfiri Li Ci Ha bildirib.

Səfirin sözlərinə görə, Koreyanın 3 il ərzində (2008-ci ildən 2011-ci ilədək) Azərbaycana qoyduğu investisiyaların həcmi 133 mln. dollar təşkil edib: “Bu, çox da böyük rəqəm deyil. Gələn ildən bunun artması gözlənilir”.

Li Ci Ha Koreya şirkətlərinin Azərbaycanda bir sıra layihələr gerçəkləşdirdiyini də qeyd edib: “O cümlədən Koreyanın “SK-CC” şirkəti Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sistemi layihəsini həyata keçirir. Bu sistem dekabrın 15-də tamamlanacaq. MDB ölkələrindən ancaq Azərbaycanda belə bir sistem olacaq. Bu layihə ilə bağlı işlər Koreya şirkəti tərəfindən ilk dəfə olaraq əvvəldən axıra kimi görülüb”.

Səfir qeyd edib ki, 2007-ci ildə Koreyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu sistemlə tanış olub və onun Azərbaycanda tətbiqi dövlət başçısının öz ideyasıdır.

Qeyd edək ki, Bakıda nəqliyyatın hərəkəti Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin beşmərtəbəli inzibati binasındakı müasir server, 18 şəbəkə avadanlığı, ümumi sahəsi 120 kv. metr olan monitor vasitəsilə idarə ediləcək. Burada dünyada nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemində tətbiq olunan və 600 rəqəmsal görüntünü əks etdirən ən böyük monitor quraşdırılıb. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumat əldə etmək mümkündür. Monitorda Abşeron yarımadasının rəqəmsal xəritəsi də əks olunub. Dayanacaqlarda quraşdırılan, Koreya istehsalı olan informasiya terminalı vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti barədə məlumat almaq mümkündür. Video aşkarlayıcı sistem vasitəsilə yollardakı vəziyyətin təhlil edilərək mərkəzi monitorda əks olunması üçün 326 sistem quraşdırılır. Yollardakı vəziyyətin müşahidəsi, hərəkət zamanı nasazlıq yaranan nəqliyyat vasitələrinin, baş vermiş qəza hallarının müəyyənləşdirilməsi, sıxlıq yaranan ərazilərdə monitorinqin aparılması üçün magistrallarda 60 kamera yerləşdirilib.

Mərkəzin yaxınlığında Nəqliyyat Nazirliyinin yeni binasının tikintisi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR