Bank Of Baku

Səfir: “Koreya su təchizatı problemlərinin həllində Azərbaycana yardım etməyə hazırdır”

Səfir: “Koreya su təchizatı problemlərinin həllində Azərbaycana yardım etməyə hazırdır”
# 13 dekabr 2011 16:27 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Koreya su təchizatı probleminin aradan qaldırılması istiqamətində Azərbaycana yardım etməyə hazırdır. «APA-Economics»in məlumatına görə, bunu Koreyanın Azərbaycandakı səfiri Li Ji Ha bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə Koreya Azərbaycanda kəhriz su resursları sisteminin bərpası layihəsinə 1,2 mln. ABŞ dolları məbləğində vəsait ayırıb: «Eyni zamanda biz Kürdəxanı və Pirşağı qəsəbələrində su və kanalizasiya sistemlərinin bərpasına Azərbaycan hökumətinə müvafiq olaraq 26 mln. dollar və 43 mln. dollar məbləğində kredit ayırmışıq. Koreya su təchizatı problemlərinin həlli məsələsində Azərbaycanla təcrübəsini bölüşməyə və yardım etməyə hazırdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR