Bank Of Baku

Xəzər dənizi üzərindən avtomobil körpüsünün tikintisinə dair texniki-iqtisadi əsaslandırma Azərbaycana təqdim olunub

Xəzər dənizi üzərindən avtomobil körpüsünün tikintisinə dair texniki-iqtisadi əsaslandırma Azərbaycana təqdim olunub
# 13 dekabr 2011 16:05 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Koreyanın Azərbaycandakı səfiri Li Ji Ha məlumat verib.

Onun sözlərinə görə, sözügedən layihənin texniki-iqtisadi əsaslandırması artıq Nəqliyyat Nazirliyinə təqdim olunub: «Bu, çox bahalı layihədir və körpünün tikintisinin müəyyən hissəsini Azərbaycan tərəfi özü ödəməlidir. Hazırda Koreya tərəfi Azərbaycandan layihə ilə bağlı konkret cavab gözləyir».

Qeyd edək ki, layihələndirmə və tikinti işlərinin ümumilikdə 6 il ərzində yerinə yetiriləcəyi proqnozlaşdırılır. Körpünün bir hissəsi dor ipləri, bir hissəsi isə dayaqlar üzərində tikiləcək. Körpünün altından 40 min tona qədər dedveydi olan gəmilər keçə biləcək. Koreya tərəfindən ümumi uzunluğu təxminən 14,5 km olacaq bu körpünün tikintisinə təxminən 1 mlrd. ABŞ dolları həcmində vəsaitin ayrılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR